• $
  • €
  • ₽
  • ₺
  • £

Rəqəmsal dezinformasiya risklərinə qarşı təhsilin rolunu artırmalıdır — nazir müavini

Rəqəmsal dezinformasiya risklərinə qarşı təhsilin rolunu artırmalıdır — nazir müavini
01.05.2026 10:43

Azərbaycanda rəqəmsal mühitin sürətli inkişafı fonunda dezinformasiya, saxta xəbərlər və süni intellektdən sui-istifadə kimi risklərə qarşı mübarizədə təhsil sisteminin rolu artırılmalıdır. Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyalarının inkişafı media landşaftını dəyişir və ictimai rəyin formalaşmasının ənənəvi mexanizmlərinə təsir göstərir.

“Bu şəraitdə media savadlılığı, informasiya savadlılığı və tənqidi düşüncə bacarıqları xüsusi əhəmiyyət kəsb edir,” Qurbanov forumdakı çıxışında deyib.

Nazir müavini bildirib ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər və süni intellekt imkanlarından sui-istifadə halları artır.

Onun sözlərinə görə, bu çağırışlar ölkələrin imicinə, ictimai sabitliyə və beynəlxalq təhlükəsizlik mühitinə təsir göstərir.

Qurbanov qeyd edib ki, məktəblərdə və ali təhsil müəssisələrində şagird və tələbələrin rəqəmsal bacarıqlarının artırılması, informasiyanı təhlil etmək, mənbəni yoxlamaq və saxta xəbəri real məlumatdan ayırmaq qabiliyyətinin inkişaf etdirilməsi prioritet olmalıdır.

O bildirib ki, Azərbaycanda internetə çıxış imkanlarının genişlənməsi təhsil sisteminin qarşısında yeni vəzifələr qoyur.

“Bizim məqsədimiz rəqəmsal transformasiyadan yalnız texniki imkan kimi deyil, həm də bilikli, düşünən və məsuliyyətli cəmiyyət quruculuğunun mühüm elementi kimi istifadə etməkdir,” Qurbanov deyib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol