• $
  • €
  • ₽
  • ₺
  • £

Süni intellekt phishing hücumlarını gücləndirib, klikləmə faizi 54%-ə çatıb

Süni intellekt phishing hücumlarını gücləndirib, klikləmə faizi 54%-ə çatıb
01.05.2026 15:47

Süni intellekt texnologiyalarının inkişafı phishing hücumlarını daha peşəkar və çətin aşkarlanan kibertəhdidə çevirib.Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə phishing mesajlarını tərcümə, qrammatika, orfoqrafiya və üslub səhvlərinə görə asanlıqla müəyyən etmək mümkün idi. Lakin müasir dövrdə süni intellekt alətləri bu cür saxta mesajların daha inandırıcı və fərdiləşdirilmiş formada hazırlanmasına imkan verir.

Balayev qeyd edib ki, BrightSight AI və Vectra AI-in 2024–2026-cı illəri əhatə edən statistikasına əsasən, ənənəvi phishing hücumlarında klikləmə faizi 12% olduğu halda, süni intellekt vasitəsilə yaradılan phishing mesajlarında bu göstərici 4,5 dəfə artaraq 54%-ə çatıb.

“Bu, ciddi çağırışdır. Müasir AI əsaslı sosial mühəndislik hücumlarında hədəf şəxs tam analiz olunur. Spearfishing adlandırılan bu hücumlarda şəxsin yazı üslubu, maraqları və davranışları nəzərə alınaraq ona xüsusi kontent hazırlanır. Buna görə də belə hücumların uğur faizi daha yüksək olur,”- Balayev bildirib.

O əlavə edib ki, Mərkəz bu istiqamətdə maarifləndirmə tədbirlərini davam etdirir, canlı yayımlar və seminarlar təşkil edir.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol