• $
  • €
  • ₽
  • ₺
  • £

30 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

30 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
01.05.2026 18:08

“Bakı Marafonu 2026” tədbiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, E1, H1 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.Bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə əsasən, 1 nömrəli marşrutun (“Neftçilər” m/st istiqaməti) və H1 nömrəli marşrutun (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqaməti) fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

“2 nömrəli marşrut Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Əhməd bəy Ağaoğlu küçəsi – Təbriz küçəsi – Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

4, 10 və 88A nömrəli marşrutların son dayanacaq məntəqələri Dilarə Əliyeva və 28 May küçələri (Səməd Vurğun bağı) olmaqla təşkil ediləcək. Marşrutlar Bakı Ağ Şəhərə daxil olmayacağından qismən fəaliyyət göstərəcək.

7A, 7B, 11, 24, 71 və 93 nömrəli marşrutların fəaliyyəti Ziya Bünyadov prospektinin əsas hərəkət hissəsi (yol ötürücü) ilə təşkil ediləcək.

13 və M8 nömrəli marşrutların fəaliyyəti Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

20, 21, 30, 32, 46, 49, 72, 120 və 120E nömrəli marşrutların son dayanacaq məntəqələri Xocalı prospektində (“Şah İsmayıl Xətai” m/st) təşkil ediləcək. Bu marşrutlar “28 May” NMM və “Sədərək” ticarət mərkəzinə daxil olmayacağından qismən fəaliyyət göstərəcək. 20, 21 və 32 nömrəli müntəzəm marşrutlar Bakı Ağ Şəhər daxil olmaqla son dayanacaq məntəqələri Xocalı prospekti (“Şah İsmayıl Xətai” m/st) təşkil ediləcək.

36, 145 və 184 nömrəli marşrutların son dayanacaq məntəqəsi Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində (“Koroğlu” m/st) təşkil ediləcək.

38 nömrəli marşrut başlanğıc dayanacaq məntəqəsi Səməd Vurğun küçəsi, son dayanacaq məntəqəsi isə Ağa Nemətulla küçəsi olmaqla fəaliyyət göstərəcək. Marşrut Keşlə qəsəbəsinə daxil olmayacağından qismən işləyəcək.

125 nömrəli marşrutun fəaliyyəti (“28 May” NMM istiqaməti) Rəşid Behbudov küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti ilə təşkil ediləcək.

177 nömrəli marşrut son dayanacaq məntəqəsi Bilgəh-Pirşağı yolu (“Ləhic bağları” ərazisi) olmaqla fəaliyyət göstərəcək.

E1 nömrəli marşrutun fəaliyyəti Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti - Heydər Əliyev prospekti (əsas hərəkət hissəsi) ilə təşkil ediləcək”, - deyə məlumatda qeyd edilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol