Daha bir yolda sürət həddi azaldıldı

Masazır qəsəbəsinin mərkəzi yolu olan Əliağa Vahid küçəsində sürət həddi azaldılıb.Milli.Az xəbər verir ki, qəsəbənin girişində və çıxışında sürət həddini 50 km/saat müəyyən edən yol nişanı quraşdırılıb.Baş Dövlət Yol Polisi İdarəsindən Day.Az saytına bildiriblər ki, yol nişanları yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı ilə quraşdırılıb. Yolu keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə bu addım atılıb.Qeyd edək ki, əvvəllər həmin ərazidə sürət həddi 60 km/saat idi.Xatırladaq ki, hər gün Sumqayıt şəhərindən və Novxanı bağlarından paytaxt istiqamətində hərəkət edən minlərlə vətəndaş bu yoldan istifadə edir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























