DİN: Axtarışda olan 200 nəfər saxlanılıb

Polis əməkdaşlarının mayın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə 200 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər ötən gün tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























