• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi etməyə hazırdır

Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyi sammitinə ev sahibliyi etməyə hazırdır
04.05.2026 13:20

Azərbaycan 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin (ASB) sammitinə ev sahibliyi etməyə hazırdır və Ermənistanın bu namizədliyi dəstəkləməsi Bakı ilə İrəvan arasında sülhün “reallığa çevrildiyini” göstərir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

İrəvanda keçirilən ASB sammitində videoformatda çıxış edən Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan artıq doqquz aydır sülh şəraitində yaşayır və bu kursu davam etdirmək niyyətindədir.

Onun sözlərinə görə, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə iki ölkə liderləri birgə bəyannamə imzalayıb, sənəd ABŞ prezidenti Donald Tramp tərəfindən şahid qismində təsdiqlənib.

Əliyev bildirib ki, tərəflərin xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayıb və faktiki olaraq sülh əldə olunub. Bundan sonra Azərbaycan 1990-cı illərin əvvəllərindən tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb və indiyədək Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük daşınıb.

Prezident əlavə edib ki, Bakı ilk dəfə olaraq Ermənistana benzin və dizel ixracına başlayıb və bu günədək 12 min ton neft məhsulu göndərilib.

O, həmçinin bildirib ki, regionda nəqliyyat əlaqələrinin bərpası çərçivəsində planlaşdırılan dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və daha geniş regional marşrutların tərkib hissəsi olacaq.

Əliyev Avropa Komissiyasının sülh prosesinə dəstəyini yüksək qiymətləndirsə də, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasını tənqid edib. 

Onun sözlərinə görə, bu qurumlar “ikili standartlar” tətbiq edir və Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.

Prezident qeyd edib ki, Avropa Parlamenti 2021-ci ildən bəri Azərbaycanla bağlı 14 qətnamə qəbul edib. Buna cavab olaraq, Azərbaycan parlamenti mayın 1-də Avropa İttifaqı ilə parlament əməkdaşlığını bir il müddətinə dayandırmaq və “Euronest” Parlament Assambleyasından çıxış proseduruna başlamaq barədə qərar qəbul edib.

Çıxışının sonunda Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanı sammitə ev sahibliyi etməsi münasibətilə təbrik edib və Azərbaycanın sülh gündəliyinə sadiq qaldığını vurğulayıb.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol