Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib

Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin olunub.
Bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, Şərifova 2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.
O, 1-ci dərəcə dövlət qulluqçusudur.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























