• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hər 5 uşaqdan 4-ü həftədə ən azı bir dəfə rəqəmsal alətlərdən istifadə edir

Azərbaycanda hər 5 uşaqdan 4-ü həftədə ən azı bir dəfə rəqəmsal alətlərdən istifadə edir
05.05.2026 15:45

Azərbaycanda hər 5 uşaqdan 4-ü həftədə ən azı bir dəfə rəqəmsal alətlərdən istifadə edir.
Bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev ekspertlər və media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında bildirib.

Bakı və Sumqayıtda aparılan Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə görə, Azərbaycanda uşaqların böyük əksəriyyəti mütəmadi olaraq rəqəmsal alətlərdən istifadə edir.

Təqdim olunan məlumatlara əsasən, hər 5 uşaqdan 4-ü həftədə ən azı bir dəfə rəqəmsal cihazlardan istifadə edir.

Bu göstərici iştirak edən ölkələrin orta səviyyəsi ilə eyni olub.

Araşdırma göstərir ki, Azərbaycanda uşaqlar arasında rəqəmsal alətlərdən gündəlik istifadə edənlərin payı 46%, həftədə ən azı bir dəfə istifadə edənlərin payı isə 37% təşkil edir.

Bununla yanaşı, 9% uşaq bu alətlərdən nadir hallarda, 8% isə ayda ən azı bir dəfə istifadə edir.


Müqayisəli nəticələrə görə, bəzi ölkələrdə gündəlik istifadə səviyyəsi daha yüksəkdir.

Məsələn, Maltada bu göstərici 66%, Birləşmiş Ərəb Əmirliklərində 52%, Braziliyada isə 50% səviyyəsindədir. Niderlandda isə uşaqların daha çoxu rəqəmsal alətlərdən həftəlik istifadə edir.


Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol