• $
  • €
  • ₽
  • ₺
  • £

"Keşlə bazarı"nda saxta kürü məhsulları satılır - Rəsmi

"Keşlə bazarı"nda saxta kürü məhsulları satılır - Rəsmi
05.05.2026 17:51

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta və təhlükəli kürü məhsullarının dövriyyəsi ilə bağlı genişmiqyaslı monitorinq keçirib, yoxlamalar nəticəsində minlərlə kiloqram məhsul dövriyyədən çıxarılıb və bir sıra obyektlərdə ciddi pozuntular aşkarlanıb.

AQTA-nın məlumatına görə, monitorinq çərçivəsində 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsi yoxlanılıb. Nəticədə Bakıdakı “Keşlə Bazarı”, “Özbək Bazarı”, “Sahil Bazarı” və “Yaşıl Bazar” daxil olmaqla bir sıra obyektlərdə etiketsiz, sənədsiz və yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb.

Qurum bildirib ki, “Keşlə Bazarı”nda təbii farel kürüsü adı altında süni kürü satıldığı, “Özbək Bazarı”nda isə məhsulların etiketsiz qablaşdırmada təqdim edildiyi müəyyən edilib. Eyni zamanda “Natural Fish” obyektində götürülən nümunələrdə Listeria monocytogenes bakteriyası aşkarlanıb.

Yoxlamalar zamanı “Food Fish” şirkətinə məxsus anbarda məhsulların laborator sənədlərsiz satışa çıxarıldığı müəyyən edilib. Bundan başqa, süni kürü istehsalı ilə məşğul olan bir müəssisənin qeydiyyatsız fəaliyyət göstərdiyi bildirilib.

Ümumilikdə 15,3 ton qırmızı kürü və 800 qram qara kürünün sənədsiz olduğu, 678 qram qırmızı və 1,24 ton qara kürünün isə istifadə müddətinin bitdiyi aşkarlanıb. Bütün yararsız məhsullar satışdan çıxarılaraq məhv edilib.

AQTA qeyd edib ki, təbii kürü adı altında süni məhsulların satışı istehlakçıların aldadılması kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır. Monitorinqlər davam etdirilir.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol