• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 914 min ton bitkiçilik məhsulu xarici bazarlara çıxarılıb

Ötən il 914 min ton bitkiçilik məhsulu xarici bazarlara çıxarılıb
06.05.2026 10:43

Hazırda qida təhlükəsizliyi reyestrində 83 min obyekt və subyekt qeydiyyatdadır. Eyni zamanda 38 ölkə ilə qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyi tanınıb. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva deyib.

"Azərbaycan Çin Xalq Respublikasına çıxışın təmin olunması istiqamətində artıq konkret addımlar atılıb və bu il fındıq və badam məhsullarının ixracı üçün müvafiq icazələr əldə edilib. Bununla yanaşı, ötən il rekord həcmdə xurma məhsullarının ixrac olunub, ümumilikdə isə 914 min ton bitkiçilik məhsulunun xarici bazarlara çıxarılıb. Birləşmiş Ərəb Əmirlikləri kimi yüksək tələblərə malik bazarlarla əməkdaşlıq da genişlənib. Bu il ət, süd, dəniz məhsulları, bal və arıçılıq məhsulları üzrə baytarlıq sertifikatları razılaşdırılıb", - Mustafayeva vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi üzrə 2019–2025-ci illəri əhatə edən Dövlət Proqramı uğurla icra olunub, eyni zamanda növbəti 7 il üçün yeni qida təhlükəsizliyi strategiyası və qanunvericilik bazası təsdiqlənib.

"Qida təhlükəsizliyi sahəsində avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə ixrac və idxal prosedurları tam elektronlaşdırılıb.  Bitkiçilik təsərrüfatlarında qida təhlükəsizliyi qeydiyyatı və monitorinqlərin aparıldığı, profilaktik tədbirlərin gücləndirildiyi də qeyd olunub. Həmçinin ətraf mühitin və bitki sağlamlığının qorunması istiqamətində tədbirlər görülüb,  uzun illər ərzində yığılan 1351 ton yararsız pestisid və çirklənmiş torpaq qatının Ağstafa, Beyləqan, Samux, İmişli və Füzuli rayonlarından toplanaraq xüsusi poliqonda zərərsizləşdirilib. Bu istiqamətdə digər rayonlarda da işlərin davam etdirilməsi planlaşdırılır", sədr əlavə edib.

Aytac Zeynalova

 

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol