• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat küçə adlarının dəyişdirilməsini və toponim səhvlərinin aradan qaldırılmasını təklif edib

Deputat küçə adlarının dəyişdirilməsini və toponim səhvlərinin aradan qaldırılmasını təklif edib
06.05.2026 14:55

Milli Məclisin deputatı Vasif Qafarov Azərbaycanda sovet dövründən qalan küçə adlarının dəyişdirilməsi və regionlarda toponim səhvlərinin aradan qaldırılması ilə bağlı çağırış edib.

Deputat bildirib ki, milli dəyərlərin qorunması və tarixi ədalətin bərpası baxımından toponimiya siyasəti ardıcıl şəkildə davam etdirilməlidir. Onun sözlərinə görə, xüsusilə Bakı və paytaxtın qəsəbələrində hələ də ideoloji məzmun daşıyan, milli kimliklə uyğunlaşmayan küçə adları qalmaqdadır.

Qafarov qeyd edib ki, bolşevik adlarını daşıyan küçələrin adlarının dəyişdirilərək Azərbaycan tarixini və görkəmli şəxsiyyətlərini əks etdirən adlarla əvəz olunması məqsədəuyğundur. O vurğulayıb ki, bu yanaşma tarixi yaddaşın bərpasına və gələcək nəsillərin milli ruhda formalaşmasına töhfə verə bilər.

Deputat əlavə edib ki, ölkənin bir sıra rayonlarında, o cümlədən Lerik rayonu ərazisində bəzi kənd adları sovet dövründə rus dilində aparılan reyestrlərdə səhv qeydə alınıb. Onun sözlərinə görə, bu səhvlər müstəqillik dövründə də təkrarlandığından bir sıra toponimlər mənasını itirib.


Qafarov yerli qurumları və bələdiyyələri bu yanlışlıqların aradan qaldırılması üçün təşəbbüs göstərməyə çağırıb.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol