Sabah Sumqayıtın bəzi ərazilərində qazın verilişində fasilə olacaq

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhəri Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























