• $
  • €
  • ₽
  • ₺
  • £

GMO məhsulların sığortalanması adi əkinlərlə eyni prinsiplərə əsaslanır - FAO rəsmisi

GMO məhsulların sığortalanması adi əkinlərlə eyni prinsiplərə əsaslanır - FAO rəsmisi
07.05.2026 17:18

Genetik modifikasiya olunmuş məhsullarla bağlı narahatlıqlar bəzən şişirdilir, lakin onların sığortalanması adi əkinlərdən fərqli mexanizmə əsaslanmır. Bunu FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat bildirib.

Onun sözlərinə görə, sığorta ödənişi üçün əsas şərt fermerin aqrotexniki qaydalara və müqavilə öhdəliklərinə əməl etməsidir.

“Əgər fermer tövsiyə olunan toxum normasından az istifadə edirsə və məhsul uğursuz olursa, bu halda sığorta ödənişi edilməyə bilər. Fermer hansı əkin materialından istifadə etdiyini, məhsula necə qulluq etdiyini və bütün zəruri qaydalara əməl etdiyini sübut etməlidir”, - Hayat qeyd edib.

O bildirib ki, GMO məhsullar bəzi xəstəliklərə qarşı daha davamlı ola bilər, lakin dolu, sel və digər təbii fəlakətlər həm GMO, həm də ənənəvi məhsullara eyni dərəcədə zərər vura bilər.

Hayatın sözlərinə görə, fermer bütün tələblərə əməl etdikdən sonra məhsul təbii fəlakət nəticəsində məhv olarsa, bu artıq sığorta hadisəsi kimi qiymətləndirilə bilər.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol