• $
  • €
  • ₽
  • ₺
  • £

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
07.05.2026 18:07

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib.

Azərbaycan Prezident Administrasiyasının rəhbəri və Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq bildirib ki, mayın 17-22-də Bakıda keçiriləcək WUF13 şəhərsalma və dayanıqlı inkişaf sahəsində əsas beynəlxalq platformalardan biri olacaq. Onun sözlərinə görə, tədbir Azərbaycanın şəhərsalma sahəsində yanaşmalarının və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa layihələrinin beynəlxalq təqdimatı baxımından əhəmiyyət daşıyır.

Nuriyev qeyd edib ki, forumda iştirak üçün indiyədək 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib və iştirakçıların təxminən yarısını xarici nümayəndələr təşkil edir. 

İclasda Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçiriləcək Liderlərin Bəyanatları seqmentinin forumun əsas yeniliklərindən biri olduğu vurğulanıb. Bildirilib ki, bu format şəhərsalma və dayanıqlı məskunlaşma məsələlərinin yüksək səviyyədə müzakirəsinə imkan yaradacaq.

Tədbirdə həmçinin Azərbaycanın sədrliyi ilə keçiriləcək Nazirlər Görüşünə, xüsusi sessiyalara, Azərbaycan pavilyonunda təşkil olunacaq tədbirlərə və azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin təqdimatına hazırlıq məsələləri müzakirə edilib.

Təşkilat Komitəsinin üzvləri substantiv hazırlıq, kommunikasiya, protokol, nəqliyyat və logistika istiqamətlərində görülən işlər barədə hesabat təqdim ediblər. İclasın yekununda Samir Nuriyev aidiyyəti qurumlara hazırlıq prosesinin son mərhələsində işlərin daha intensiv və koordinasiyalı şəkildə davam etdirilməsi barədə tapşırıqlar verib. 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol