• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Aslanbəyli: "Yüksək riskli sahələrdə beynəlxalq standartlar əsas şərtdir"

Bəxtiyar Aslanbəyli: "Yüksək riskli sahələrdə beynəlxalq standartlar əsas şərtdir"
08.05.2026 11:43

Regionda həyata keçirilən enerji layihələri təkcə hasilat göstəriciləri ilə deyil, həm də yüksək beynəlxalq standartlara və ekoloji məsuliyyət prinsiplərinə uyğunluğu ilə fərqlənir. Bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib

Aslanbəyli vurğulayıb ki, BP-nin fəaliyyət göstərdiyi mühit yüksək riskli sənaye sahəsi olduğu üçün əməliyyatların həm yerli qanunvericilik, həm də qlobal direktivlər çərçivəsində tənzimlənməsi şirkətin dəyişməz prioritetidir.

"Dövrün tələblərinə uyğun olaraq, biznes modellərinin mərkəzində ESG (ekoloji, sosial və idarəetmə) meyarlar dayanır. Bizim fəaliyyətimiz mürəkkəb və riskli sahədir. Buna görə də işimizi təkcə daxili qaydalarla deyil, ən qabaqcıl beynəlxalq standartlarla tənzimləyirik.  Layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi və sosial müəssisələrin dəstəklənməsi fəaliyyətin ayrılmaz hissəsidir",- o vurğulayıb.

Bəxtiyar Aslanbəylinin sözlərinə görə, beynəlxalq standartların tətbiqi həm də əməliyyat təhlükəsizliyinin təminatıdır. O bildirib ki, realistik hədəflər və şəffaf idarəetmə modeli tərəfdaşlarla münasibətlərdə etibarlılığı artırır və regionun enerji təhlükəsizliyindəki rolunu möhkəmləndirir.

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol