• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda uşaq əməyindən istifadə və məcburi əmək faktları aşkarlanıb

Azərbaycanda uşaq əməyindən istifadə və məcburi əmək faktları aşkarlanıb
08.05.2026 13:42

Dövlət Əmək Müfəttişliyi Xidməti aparılan araşdırmalar zamanı 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayıb və işəgötürənlər barəsində inzibati tədbirlər görüb. Bu barədə Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

 Aidiyyəti dövlət orqanlarından daxil olmuş materialların araşdırılması nəticəsində vəzifəli şəxslərə ümumilikdə 6 min manat məbləğində cərimə tətbiq olunub.

Bundan əlavə, uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan fəaliyyətə cəlb edilməsi ilə bağlı daha bir fakt üzrə 3,300 manat inzibati cərimə kəsilib.

Məlumatda qeyd olunub ki, ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir məcburi əmək faktı da müəyyən edilib və bununla bağlı cinayət işi başlanıb.

Prosessual araşdırmalar zamanı zərərçəkmiş şəxsin Monteneqronun tikinti sektorunda istismar olunduğu müəyyən edilib.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol