• $
  • €
  • ₽
  • ₺
  • £

İnsan alveri ilə bağlı 198 cinayətin üstü açılıb

İnsan alveri ilə bağlı 198 cinayətin üstü açılıb
08.05.2026 14:16

Azərbaycanda insan alveri və əlaqəli cinayətlərlə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 198 cinayət faktı aşkarlanıb. Bu barədə Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata görə, aşkarlanan faktların 152-si insan alveri, 45-i isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub. Qeyd edilir ki, cinayətlərin 57-si informasiya texnologiyalarından istifadə edilməklə törədilib.

Rəsmi məlumatda insan alveri cinayətlərinin 97%-nin açıldığı bildirilib. Əməliyyat tədbirləri nəticəsində 6 şəxs ətrafında araşdırma aparılıb və 2 cinayətkar qrup zərərsizləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən həmin əməllərlə bağlı 10 cinayət işi başlanıb. Bildirilib ki, bir cinayət işi çərçivəsində 20-yə yaxın fakt üzrə istintaq aparılıb.

İstintaq çərçivəsində 8 cinayət işi üzrə 10 nəfər, o cümlədən 9 qadın təqsirləndirilən şəxs qismində cəlb olunub. Ümumilikdə 12 nəfər, onların da 11-i qadın olmaqla məhkəmə məsuliyyətinə verilib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol