Yevlaxda mikroavtobus aşıb, 20-yə yaxın şəxs xəsarət alıb

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























