• $
  • €
  • ₽
  • ₺
  • £

Yanğın olan anbar "Birmarket"ə məxsusdur - RƏSMİ

Yanğın olan anbar "Birmarket"ə məxsusdur - RƏSMİ
12.05.2026 13:01

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib. Bu barədə Anews.az-ın sorğusuna cavab olaraq  Birmarket-dəb bildirlib.

"Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir. Bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər. Hazırda aidiyyatı qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. Operativ fəaliyyətlərinə görə aidiyyatı qurumlara, anlayışlarına görə isə müştərilərimizə təşəkkür edirik",- məlumatda qeyd olunub.

***

Qaradağ rayonu, Lökbatan qəsəbəsində  yanğın baş verən anbar "Trendyol"a məxsus deyil. Bu barədə Anews.az-ın sorğusuna cavab olaraq  "Trendyol"dan  bildirilib.

****

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən və yanğın baş verən anbarın "Birmarket"ə məxsus olduğu iddia olunur. Bu barədə tiraj.az məlumat yayıb.

Məlumata görə, həmin anbara "Trendyol" və "Temu" vasitəsilə alınan maılar toplanır.

Məsələ ilə bağlı  Kapital Bank və  "Trendyol"la əlaqə saxladıq, yaxın zamanda məlumat veriləcəyi bildirildi.  

Bu gün səhər saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın başlayıb. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb edilib.

5 saata yaxın davam edən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Aytac Zeynalova 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol