• $
  • €
  • ₽
  • ₺
  • £

DİN:1392 uşaq sosial qiymətləndirməyə cəlb olunub

DİN:1392 uşaq sosial qiymətləndirməyə cəlb olunub
12.05.2026 12:21

Azərbaycanda insan alveri və sosial risklərin qarşısının alınması məqsədilə uşaqlarla bağlı monitorinq və sosial müdafiə tədbirləri genişləndirilib. Bunu daxili işlər nazirinin müavini Seyfulla Əzimov bildirib.

Onun sözlərinə görə, sosial sifarişlər çərçivəsində uşaqlar üçün 30 erkən qayğı mərkəzi yaradılıb. “Təhsildə sosial iş” layihəsi çərçivəsində isə 1140 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb.

Nazir müavini qeyd edib ki, risk faktorlarının aşkarlanması məqsədilə 1392 uşaq sosial qiymətləndirməyə cəlb olunub.

Əzimov əlavə edib ki, şəxsiyyət vəsiqəsi olmayan uşaqların qeydiyyata alınması istiqamətində hüquqi və profilaktik tədbirlər davam etdirilib. Hesabat dövründə 9 uşağın doğum faktı müəyyən olunub, məhkəmə qərarları əsasında onlara doğum haqqında şəhadətnamələr verilib və məlumatlar dövlət reyestrinə daxil edilərək fərdi identifikasiya nömrələri təqdim olunub.

Onun sözlərinə görə, hesabat dövründə insan alverinə qarşı mübarizə sahəsində təlim və ixtisasartırma proqramları da davam etdirilib. Hüquq-mühafizə, miqrasiya, ədliyyə, səhiyyə, turizm və diplomatik xidmət sahələrini əhatə edən proqramlarda 2000-dən çox iştirakçının peşə hazırlığı artırılıb.

Nazir müavini bildirib ki, 20 şəhər və rayon polis orqanının rəhbər heyəti, həmçinin 84 polis orqanının 1800-ə yaxın əməkdaşı insan alveri və məcburi əmək cinayətləri ilə bağlı xüsusi təlimlərə cəlb olunub.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol