• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda quldurluq edən mütəşəkkil dəstə yaxalandı

Azərbaycanda quldurluq edən mütəşəkkil dəstə yaxalandı
05.12.2013 13:39

Azərbaycanda evə basqın edərək quldurluq edən 4 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları 1 ay əvvəl baş vermiş quldurluq cinayətini açıblar.

 

Cari il noyabrın 9-da gecə saat 23:00 radələrində Xaçmaz şəhər sakini Məhəbbət Salmanova RPŞ-yə 4 maskalı şəxsin evinə basqın edərək özünü və qonağı Şahnaz Hacıyevanı soyması barədə məlumat verib. Dərhal hadisə yerinə gələn polis əməkdaşları zəruri əməliyyat-istintaq tədbirlərinə başlayıblar. Zərərçəkmişlər bildiriblər ki, bıçaqla silahlanmış maskalı şəxslər onların əl-qolunu və ağzını yapışqan lentlə bağlayaraq pul və qızıl əşyalarının yerini soruşublar. Quldurlar qadınlara zor da tətbiq ediblər.

 

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlərlə bu cinayəti törədən şəxslər bu günlərdə müəyyən edilib və polis tərəfindən saxlanılıblar. Xaçmaz rayon sakinləri - 29 yaşlı Azər Şərifov, 22 yaşlı Aydın Xalıqov, 30 yaşlı Mikayıl Cəfərov və 24 yaşlı İlqar Quliyev ilkin ifadələrində törətdikləri əməli etiraf ediblər. İstintaqla müəyyən edilib ki, Aydın Xalıqovla Mikayıl Cəfərov tanışları Azər Şərifov və İlqar Quliyevlə əlbir olaraq qabaqcadan plan hazırlayıblar. Onlar Məhəbbət Salmanovanın evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olduğunu güman edərək gecə saatlarında mənzilə basqın etmək qərarına gəliblər. Qrup üzvləri maska, əlcək və yapışqan lent alıb, özləri ilə bıçaq da götürüblər.

 

Məhəbbət Salmanovanın evinin yaxınlığına gələrək maşını bir qədər kənarda saxlayıblar. Bir müddət müşahidə apardıqdan sonra həyətə daxil olub və evə soxulublar. Quldurlar Məhəbbət Salmanovanı və Şahnaz Hacıyevanı döyərək əllərini və ayaqlarını yapışqan lentlə bağlayıblar. Azər Şərifov qadınları bıçaqla öldürəcəyi ilə hədələyərək pulları və qızılları tələb edib.

 

Mənzildən xeyli qızıl-zinət əşyaları, nəğd pul və bir neçə mobil telefon aparan qrup üzvləri götürdükləri pulu elə həmin gün aralarında bölüşdürüblər. Qızıllar isə ertəsi gün Bakı şəhərində satılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

 

Qeyd edək ki, qrup üzvlərindən Aydın Xalıqovla Mikayıl Cəfərov əvvəllər də məhkum olunub. 

ANN.Az

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol