• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı və İrəvan bu il sülh imzalaya bilərmi? - Açıqlama

Bakı və İrəvan bu il sülh imzalaya bilərmi? - Açıqlama
12.05.2026 17:28

Bakı ilə İrəvan arasında sülh sazişinin bu ilin sonunadək imzalanması Ermənistanın konstitusiya dəyişiklikləri ilə bağlı atacağı addımlardan asılı olacaq. Bunu  Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.


“Azərbaycanda hamı gözləyir ki, Ermənistanda parlament seçkilərindən sonra referendum keçiriləcək. Referendum vasitəsilə konstitusiyada dəyişiklik baş verə bilər. Referenduma isə ən azı üç ay vaxt lazımdır. Düşünmürəm ki, bu dərhal baş verməyəcək”, – Zülfüqarov “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən tədbirdə deyib.


Azərbaycan və Ermənistan arasında münasibətlər 1990-cı illərin əvvəllərindən Qarabağ münaqişəsi səbəbindən gərgin olub. Bakı 2023-cü ilin sentyabrında keçirdiyi hərbi əməliyyatdan sonra Qarabağ üzərində tam nəzarəti bərpa edib. Tərəflər bundan sonra sülh sazişi üzrə danışıqları davam etdirirlər.

Zülfüqarov bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın regionda sülhün əsas təşəbbüskarı olduğunu xüsusi vurğulayıb və Ermənistan “öz ev tapşırığını yerinə yetirməlidir”.

“Paşinyanda siyasi iradə olsa referenduma gedəcək. Getməsə sazişin imzalanması gözlənilmir. Azərbaycan öz mövqeyindən çəkilən deyil”, – o əlavə edib.
Bakı uzun müddətdir Ermənistan konstitusiyasında Azərbaycana qarşı mümkün ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsini sülh sazişinin əsas şərtlərindən biri kimi irəli sürür. Ermənistan hökuməti isə sülh gündəliyinə sadiq olduğunu bəyan edib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol