Azərbaycan üçün istehsal olunmuş helikopterlər sınaqdan keçirilir

«Rusiya Helikopterləri» (Vertolyot Rossii) şirkətinin Rostov-Dondakı zavodunda Azərbaycanın sifarişi ilə istehsal olunmuş Mi-35M tipli döyüş helikopterlərinin növbəti partiyasının sınaqları keçirilir.Rusiyaya məxsus hərbi internet saytlarında yeni helikopterlərin uçuş testləri zamanı çəkilmiş fotoları yer alıb.APA-nın əldə etdiyi məlumatlara görə, 20121 və 20124 bort nömrəli helikopterlərin uçuş testləri noyabr ayının ortalarında başlanılıb. Mi-35M helikopterlərinin növbəti partiyası yaxın günlərdə Azərbaycana göndəriləcək.Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidməti ilə «Rosoboroneksport» şirkəti arasında 2010-cu ilin sentyabrında imzalanmış müqavilə çərçivəsində 24 ədəd Mi-35M tipli döyüş helikopteri alınmalıdır. Rusiya tərəfi helikopterlərin çatdırılmasına 2011-ci ilin dekabr ayından başlayıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























