• $
  • €
  • ₽
  • ₺
  • £

Türklər özlərinə ən yaxın ölkə kimi Azərbaycanı görür

Türklər özlərinə ən yaxın ölkə kimi Azərbaycanı görür
05.12.2013 12:06
Ölkədə türk dünyası ilə yaxınlaşmanın tərəfdarlarının sayı artıbTürkiyənin Kayseri şəhərindəki Kadir Has Universiteti xalqın xarici siyasət mövzularına münasibətini öyrənmək üçün rəy sorğusu keçirib.APA-nın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, 26 vilayətdə min nəfərlə keçirilən sorğuda respondentlər Türkiyəyə ən yaxın ölkə kimi Azərbaycanı gördüklərini bildiriblər. Sorğuya əsasən ölkədə türk dünyası ilə yaxınlaşmanın tərəfdarları artıb.Sorğu iştirakçılarının əksəriyyəti – 65%-i hesab edir ki, Türkiyənin hazırda ən ciddi xarici siyasət problemi Suriya məsələsidir. Hökumətin Suriya ilə bağlı siyasətini uğurlu sayanlar cəmi 24%-dir. Respondentlərin 41,7%-i Türkiyənin Suriyadakı problemə müdaxilə etməsini istəmir, Suriyadakı silahlı müxalif qrupların dəstəklənməsini istəyənlərin miqdarı 5,2%-dir.2012-ci ildə hökumətin xarici siyasətinin uğurlu olduğunu düşünənlərin faizi 34,7 idisə, hazırda bu dəstək 25%-ə geriləyib. İştirakçıların 38,6%-i hesab edir ki, Türkiyənin dostu yoxdur, 28%-i isə dünyada Türkiyəyə ən yaxın ölkə kimi Azərbaycanı görür. Respondentlərin 24%-i düşünür ki, Türkiyə öz xarici siyasətini Azərbaycan və türk cümhuriyyətləri ilə birlikdə aparmalıdır, sorğuya qatılanların 21%-i xarici siyasətin tək başına aparılmasına, 14,2%-i ABŞ-la birgə, 12,5%-i islam ölkələri ilə, 10,3%-i isə Avropa Birliyi ilə birlikdə aparılmasına tərəfdardır. Türkiyə cəmiyyətində İrana etimadsızlıq diqqət çəkir. Xarici siyasətin bu ölkə ilə birgə aparılmasını istəyənlər cəmi 5,7%-dir. Bundan başqa, İran ABŞ və İsraillə bərabər Türkiyəyə təhlükə törədən ölkələrdən biri sayılır.Türkiyənin Avropa Birliyinə üzvlüyünə dəstək 47,5%-dir, lakin böyük əksəriyyət (77%) hesab edir ki, Brüssel Türkiyəyə münasibətdə səmimi deyil. Sorğuya qatılanların 46%-i əmindir ki, Türkiyə heç vaxt AB-yə qəbul edilməyəcək. AB-yə alternativ olaraq Türk Birliyi yaradılmasını istəyənlərin miqdarı 26%, NATO və ABŞ-la müttəfiqliyin möhkəmləndirilməsini istəyənlər 12,8%, İslam Əməkdaşlıq Təşkilatının rolunun artırılmasını istəyənlər 12,6%, Rusiya ilə strateji tərəfdaşlıq istəyənlər 12,3%, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasını istəyənlər isə 9%-dir.   ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol