• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Şərif Azərbaycanın ədliyyə nazirini qəbul edib

Şahbaz Şərif Azərbaycanın ədliyyə nazirini qəbul edib
14.05.2026 16:43

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistana səfəri çərçivəsində Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.

Ədliyyə Nazirliyindən  verilən xəbərə görə, Fərid Əhmədov ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Pakistan İslam Respublikasının Baş nazirinə çatdırıb. Məhəmməd Şahbaz Şərif də öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi, mədəni və dini bağlılıqlara əsaslandığı, eyni zamanda bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Federal Hüquq və Ədliyyə Nazirliyi arasında son iki ildə imzalanmış Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramı çərçivəsində tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi üzrə tədbirlərin həyata keçirildiyi bildirilib. İki ölkə arasında imzalanmış hüquqi sənədlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Ölkələr arasında hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıq müzakirə edilib. Həmçinin hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcud olduğu vurğulanıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol