• $
  • €
  • ₽
  • ₺
  • £

“Qanın milliyyəti yoxdur” adlı donor aksiyası keçirildi

“Qanın milliyyəti yoxdur” adlı donor aksiyası keçirildi
05.12.2013 11:12
Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) növbəti dəfə "Qanın milləti yoxdur" adlı donor aksiyası keçirib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən humanitar aksiya Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub. Əcnəbi tələbələrinin də qatıldığı aksiyada 300-ə yaxın insan qan verib.Bu aksiya Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da talassemiya və hemofiliya xəstəsi olan uşaqlara yardım göstərilməsi layihəsinin bir hissəsidir. Səhər saatlarından başlayaraq axşamadək davam edən aksiyaya tələbələrlə yanaşı, universitetin əcnəbi tələbələrlə iş dekanlığı və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları, müəllimlər, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, RAGT üzvləri qoşulublar.RAGT-in nəzarət-təftiş komissiyasının üzvü, tədbirin əsas təşkilatçılarından biri, tibb elmləri namizədi Samir Əliyev bildirib ki, qanvermə aksiyasının donorlar üçün faydası ilk növbədə özlərinin sağlamlıqları barədə məlumat əldə etmələri, digər tərəfdən isə qana ehtiyacı olanlara yardım edib, xeyriyyə işi görməkdir.Aksiyadan sonra institutun hematologiya kafedrasında brifinq keçirilib. Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Pyotr Litvitskiy, transfuzioloqiya kafedrasının müdiri Əliheydər Rəhimov, Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova və Mərakeş Krallığının Rusiyadakı səfirinin müşaviri Abdelqani Keraun humanitar aksiyaya gənclərin marağını yüksək qiymətləndiriblər.Qeyd edək ki, son 6 ildə RAGT əcnəbi tələbələrlə iş dekanlığının əməkdaşları və tələbələrlə birlikdə bu cür aksiyaları mütəmadi olaraq keçirir. Hər il pulsuz donor aksiyalarında yüzlərlə gənc iştirak edir, toplanan vəsait isə onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol