• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda IX sinif şagirdi digər şagirdi məktəbin sanitar qovşağında döyüb

Bakıda IX sinif şagirdi digər şagirdi məktəbin sanitar qovşağında döyüb
15.05.2026 13:51

Mayın 12-də Bakıdakı 271 nömrəli tam orta məktəbdə iki IX sinif şagirdi arasında tənəffüs zamanı münaqişə baş verib. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq məktəbdən bildirilib.

Hadisə sanitar qovşaqda qeydə alınıb və tərəflərdən heç biri məsələ ilə bağlı müəllim və ya məktəb rəhbərliyinə dərhal məlumat verməyib. Belə ki, məktəbin sanitar qovşağında şagirdin digər şagirdi döyməsi videoları paylaşılıb. 

Videogörüntülərin sosial şəbəkələrdə yayılmasından sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Bildirilib ki, fiziki təzyiqə məruz qalan şagird xəsarət almayıb.

Məktəb rəhbərliyi aidiyyəti qurumlara məlumat verib, valideynlər məktəbə dəvət olunub və onlara uşaqların davranışlarına nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.

Təhsil müəssisəsində psixoloq tərəfindən şagirdlərə dəstək tədbirlərinə başlanılıb.

Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbə baxış keçirib, şagird davranış qaydalarına əməl olunmasına nəzarətin artırıldığı bildirilib.

Məsələ hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol