• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - Video

Qəbələdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - Video
16.05.2026 11:26

Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsində təhlükəli pozuntular aşkarlanıb, istismarı dayandırılıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fərdi sahibkar Sərdar Rəhbər oğlu Mehdiyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıb. Nəticədə məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, məntəqədə istismar olunan bir ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz çəni üzərində quraşdırılmış qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə olunan rezin parça qolların və digər avadanlıqların dövri olaraq yoxlanılmadığı, həmçinin maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi müəyyənləşib.

Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb, akt tərtib olunub.

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol