• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Quliyev: Urbanizasiya problemləri müzakirədən çox real fəaliyyət tələb edir

Anar Quliyev: Urbanizasiya problemləri müzakirədən çox real fəaliyyət tələb edir
17.05.2026 13:13

Urbanizasiya və mənzil təminatı ilə bağlı problemlərin həlli üçün real addımların atılması vacibdir. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında bildirib.

Onun sözlərinə görə, urbanizasiya və xüsusilə mənzil təminatı ilə bağlı çağırışlar artıq yalnız müzakirə deyil, konkret fəaliyyət tələb edir.

“Assambleyaların birgə açılışı sadəcə rəsmi mərasim deyil. Bu, bütün tərəfləri prosesin əvvəlindən bir araya gətirərək ortaq baxış formalaşdırır və WUF13 üçün istiqaməti müəyyən edir", -Quliyev deyib.

Komitə sədri bildirib ki, Azərbaycan nümayəndələrinin müxtəlif maraqlı tərəflər qruplarında fəal iştirakı ölkənin inklüziv şəhər inkişafına sadiqliyini göstərir.

Quliyevin sözlərinə görə, assambleyaların nəticələri WUF13 çərçivəsində aparılacaq daha geniş müzakirələrə, “Bakı Fəaliyyət Çağırışı”na, Yeni Şəhər Gündəliyinin icrasına, eləcə də DİM 11 və iqlim fəaliyyəti üzrə qlobal proseslərə töhfə verəcək.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol