• $
  • €
  • ₽
  • ₺
  • £

İTV-də daha bir kadr dəyişikliyi

İTV-də daha bir kadr dəyişikliyi
04.12.2013 21:11
Dünən 12 nəfərin işdən çıxarıldığı İTV-də daha bir dəyişiklik olub.AzNews.az-a daxil olan məlumata görə, İnformasiya Departamentinin müdiri Mehparə Quliyevanın da səlahiyyəti əlindən alınıb. İTV-dəki mənbəmizin sözlərinə görə, Mehparə Quliyevanın işdən çıxarılması barədə rəsmi əmr olmasa da, faktiki o, öz vəzifəsini icra etmir: "Hazırda bütün səlahiyyətləri əlindən alınan M.Quliyeva iş günü ərzində kabinetindən çıxmır, göndərişlərin imzalanması, müxbirlərin çəkilişlərə göndərilməsi, xəbər redaktəsi kimi vəzifəsinin gərəkdirdiyi işlərin heç birini yerinə yetirmir. Vəzifəyə gətirildikdən 2 gün sonra ona verilən xidməti maşın da geri alınıb. Hətta faks aparatı belə otağından aparılıb". Məlumata görə, onun zərərsizləşdirilməsinə səbəb baş direktorun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədovla vaxtaşırı mübahisə etməsi olub. Elə buna görə də Şaiq Məmmədov İTV-yə Lider Televiziyasından Elgün İbrahimov adlı əməkdaş gətirib və bütün səlahiyyətlər M.Quliyevadan alınaraq, böyük redaktor vəzifəsinə gətirilən E.İbrahimova verilib. Hazırda həm Analitik Proqramlar, həm də İnformasiya Departamentinə faktiki olaraq E.İbrahimov rəhbərlik edir.Qeyd edək ki, M.Quliyeva vəzifəsinə sentyabrın 3-də təyin olunmuşdu.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol