• $
  • €
  • ₽
  • ₺
  • £

“Zəng dələduzları” Azərbaycana dadandı - Özünüzü qoruyun

“Zəng dələduzları” Azərbaycana dadandı - Özünüzü qoruyun
04.12.2013 20:41
Telefonunuza +359 kodu ilə zəng gələrsə, geri yığmayın! Bolqarıstanda fəaliyyət göstərən cinayətkar şəbəkə öz istiqamətini Azərbaycana çevirib.   Bir müddət öncə Türkiyədə minlərlə insanı aldadaraq, onların konturlarını istismar edən bolqarıstanlı şəbəkə üzvləri yeni hədəf kimi Azərbaycanı seçib.   Şəbəkənin Azərbaycandakı hədəflərindən biri də "Lent.az" saytının baş redaktoru Qabil Abbasoğlu olub. Ancaq hədəf doğru seçilmədiyi üçün dələduzluğun da üstü dərhal açılıb. Belə ki, baş redaktor ona gələn qısa zəngin haradan edildiyini öyrənmək üçün internetdə kiçik bir axtarış edərkən, əslində necə böyük bir şəbəkənin qurbanı ola biləciyini anlayıb. Bundan başqa, bəlli olub ki, yaxın günlərdə Azərbaycanda bəzi şəxslərin də telefonlarına bu cür nömrələrdən zənglər gəlib.  Belə ki, şəbəkənin dələduzluq istiqaməti çox sadədir. Telefonunuza +359 kodu ilə qısa zəng gəlir. Siz isə sizə zəng edən bu xarici ölkə vətəndaşının kim olduğunu bilmək üçün zəng gələn nömrəni yığırsınız. Vəssalam, siz artıq tələyə düşdünüz.   Şəbəkənin məqsədi onlara zəng vuran insanların konturlarını korlamaqdır. Bolqarıstan kodlu nömrəyə geri yığan şəxslər avtomatik dələduzların qurbanı olur.   Türkiyə mətbuatının yazdığına görə, bolqar dələduzları qardaş ölkədə daha mütəşəkkil şəbəkə qurublar.Belə ki, məlumatlarda bildirilir ki, +359 kodlu nömrələrə zəng edən Türkiyə vətəndaşları səlis türkcə danışan bolqarların tələsinə düşərək, onların şirin dilinə aldanıb, onların bir sıra istəklərini yerinə yetirir.   Türkiyə mətbuatı yazır ki, şəbəkə üzvləri aldatdıqları şəxslərdən onların sənədlərinin düzəldilməsinə, bilet alınmasına və s. üçün pul alırlar və Türkiyəyə gələcəklərini vəd edirlər. Məsələ ilə bağlı Rabitə və İnformasiya Nazirliyindən “Lent.az” -a bildiriblər ki, qanunla bu hala qarşı hər hansı addım atmaq mümkün deyil. Bununla belə, bildirilib ki, bu zəng dələduzluğu xüsusilə təhlükəli hal alarsa, bu məsələ ilə bağlı əhalini xəbərdar etmək mümkündür. Nazirlikdən o da bildirilib ki, əhali özü də bu cür dələduzluq tələlərinə düşməməli və bu kimi hallarda diqqətli olmalıdır. //Qaynar.info
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol