• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusun yeni ştampı aşkar edilib

Koronavirusun yeni ştampı aşkar edilib
18.05.2026 21:07

Tailandda vəhşi yarasalarda yeni koronavirus ştamı aşkarlanıb.

Ölkənin milli epidemioloji monitorinq sistemi tərəfindən aparılan araşdırmalar zamanı yarasa populyasiyalarında yeni koronavirus variantı müəyyən edilib.

Tədqiqat nəticələri Tailandın rəsmi səhiyyə qurumları tərəfindən təsdiqlənərək ictimaiyyətə açıqlanıb.

Rəsmilər bildiriblər ki, hazırda vəziyyət tam nəzarət altındadır və virusun insanlara keçməsi ilə bağlı heç bir hal qeydə alınmayıb. Mütəxəssislərin qiymətləndirməsinə əsasən, infeksiyanın insanlar arasında yayılma riski aşağı səviyyədədir.

Qeyd olunub ki, virusun vaxtında aşkarlanması Vahid Sağlamlıq adlı beynəlxalq monitorinq sistemi sayəsində mümkün olub. Bu sistem ətraf mühit, heyvan sağlamlığı və insan təhlükəsizliyi arasındakı əlaqəni birlikdə analiz edir.

İlkin araşdırmalar göstərir ki, yeni aşkarlanan ştam COVID-19 ilə müqayisədə daha az təhlükəlidir. Alimlərin fikrincə, virusun yayılma sürəti və ağır xəstəlik yaratma ehtimalı xeyli zəifdir.

Səhiyyə qurumları əlavə ediblər ki, mövcud COVID-19 peyvəndləri oxşar koronaviruslara yoluxma zamanı xəstəliyin ağır keçməsinin qarşısını almaqda effektiv ola bilər

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol