• $
  • €
  • ₽
  • ₺
  • £

Muxtar Babayev: Azərbaycanda həddindən artıq isti günlərin sayı altı dəfə artıb

Muxtar Babayev: Azərbaycanda həddindən artıq isti günlərin sayı altı dəfə artıb
19.05.2026 12:00

Azərbaycanda son 25 il ərzində orta illik temperatur təxminən 1,5 dərəcə Selsiyə çatıb və son dörd ildə ardıcıl olaraq 1,5 dərəcəni ötüb.  Bunu Prezidentin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə deyib.

“Həddindən artıq isti günlərin sayı altı dəfə artıb. Quraqlıq dövrünün müddəti isə 20 faizdən çox yüksəlib. Bu tendensiya açıq şəkildə göstərir ki, iqlimə davamlılıq şəhər planlaşdırılması və inkişafının əsas elementlərindən birinə çevrilməlidir. Bu gün qarşılaşdığımız problemlər bir-biri ilə əlaqəlidir və cavablarımız da eyni şəkildə əlaqəli olmalıdır. Heç bir ölkə dayanıqlılığı təkbaşına qura bilməz. Heç bir şəhər təkbaşına uyğunlaşa bilməz. Tərəfdaşlıq, elm, texnologiya və beynəlxalq əməkdaşlıq iqlimə davamlı şəhər gələcəyinin formalaşdırılmasında əsas rol oynayacaq. Azərbaycan bu səylərə töhfə verməyə, həmçinin dialoq və əməkdaşlığı gücləndirməyə sadiq qalır. Ümid edirik ki, bu sessiya daha güclü dialoqa və praktik əməkdaşlığa töhfə verəcək”,- o vurğulayıb
 

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol