• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamda əhalinin sayının 100 min nəfərə çatdırılması nəzərdə tutulur

Ağdamda əhalinin sayının 100 min nəfərə çatdırılması nəzərdə tutulur
19.05.2026 13:44

Ağdam 100 min nəfərlik müasir regional mərkəz kimi yenidən qurulur. Bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-də Liderlərin Bəyanatları zamanı deyib.

"İşğaldan azad edilmiş ərazilərdə 2040-cı ilədək əhalinin 354 min nəfəri keçəcəyi proqnozlaşdırılır, bu ərazilərdə planlaşdırılan ümumi şəhərsalma sahəsi isə 10 min hektardan artıqdır",- o bilfirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə yerləşən və son onilliklərdə ciddi zərər görmüş 20-dən çox abidə artıq bərpa edilib. Hazırda yeni memorial komplekslər, muzeylər və mədəniyyət müəssisələri layihələndirilir.

"Azad edilmiş ərazilərdə səkkiz şəhərin baş planı artıq təsdiqlənib, daha dörd şəhərin baş planı isə yekunlaşdırılma mərhələsindədir. Ağdamın baş planına əsasən, şəhər 100 min nəfərlik əhali üçün nəzərdə tutulub və təxminən 2 min hektar ərazini əhatə edir. Şəhərdə 3 milyon kvadratmetrdən çox yaşayış sahəsinin, 200 hektarlıq sənaye parkının yaradılması planlaşdırılır.
İlk mərhələdə Ağdamda beş yaşayış məhəlləsi layihələndirilib, onlardan üçündə tikinti işləri aparılır. Bu yaşayış komplekslərində təxminən 6 min mənzil 22 mindən çox keçmiş məcburi köçkünün mənzil ehtiyacının qarşılanmasına imkan verəcək. Artıq başa çatdırılmış ilk yaşayış məhəlləsində 1,200-dən çox mənzil var. Şəhərdə dəmir yolu və nəqliyyat qovşağı, Muğam Mərkəzi, 960 şagird yerlik məktəb, mehmanxanalar tikilir, XVIII əsrə aid İmarət kompleksi isə bərpa olunub",- o bildirib.

Gülnar

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol