• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 402 qadına, 31 kişiyə mühafizə orderi verilib

Ötən il 402 qadına, 31 kişiyə mühafizə orderi verilib
19.05.2026 15:20

Azərbaycanda 2025-ci ildə 433 mühafizə orderi icraatda olub.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.

Beləliklə, Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə 381 (2024-cü ildə 325) qısamüddətli, 52 (2024-cü ildə 34) uzunmüddətli olmaqla, ümumilikdə 433 (2024-cü ildə 359) mühafizə orderi icraatda olub. Onlardan 402-si (2024-cü ildə 338-i) qadınlar, 31-i (2024-cü ildə 21-i) kişilər barədə verilib. 217 (2024-cü ildə 190) mühafizə orderinin icrası təmin olunaraq icraatlarına xitam verilib, 20 (2024-cü ildə 12) mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib. 35 (2024-cü ildə 28) mühafizə orderi “İcra haqqında” qanunun 7-ci və 9-cu maddələri ilə geri qaytarılıb, 4 (2024-cü ildə 0) mühafizə orderi “İcra haqqında” qanunun 23.1.1-ci maddə si ilə geri qaytarılıb. 4-ü (2024-cü ildə 18) ərazi aidiyyəti üzrə göndərilib, 153 (2024-cü ildə 111) mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib.

Mühafizə orderinin icrası ilə bağlı icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə məhkəmə tərəfindən 1 borclu barəsində inzibati həbs seçilib. Uzunmüddətli mühafizə orderi üzrə isə məhkəmə qərarlarının icra edilməməsinə görə borclular barədə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı təqdimat verilməyib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol