• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər dənizinin səviyyəsi ardıcıl olaraq enir

Xəzər dənizinin səviyyəsi ardıcıl olaraq enir
04.12.2013 17:47

“Xəzər dənizinin orta illik səviyyəsi son üç ildə ardıcıl olaraq enir”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Nazim Əhmədov məlumat verib. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsi 2010-2011-ci illərdə 9 santimetr, 2011-2012-ci illərdə isə 12 sm enib. N. Əhmədov bildirib ki, hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 27.5 metr aşağıdır: “2010-cu ilədək Xəzərin səviyyəsinin enməsi ilə suyun səviyyəsinin qalması prosesi də gedirdi. 2010-cu ildən isə ardıcıl enmə müşahidə olunur”.

 

Mütəxəssis, Xəzərdə suyun azalmasına müxtəlif amillərin təsir etdiyini deyib: “Burda iqlim faktoru əsas rol oynayır, dəyişkənlik, tektonik amillər, çaylarda suyun səviyyəsinin azalması da təsir edir. Amma 85-90 faiz səviyyənin dəyişməsini formalaşdıran əsas səbəb iqlimdir. Hazırda qlobal istiləşmə gedir. Xəzərə əsas su gətirən Volqa çayının hövzəsində nəmlik, rütubətlik çoxalıb. Son dövrdə, xüsusən son 3 ildə bu faktor azalıb, buxarlanma gedir və səviyyə düşməyə meyllidir”.

 

N. Əhmədovun sözlərinə görə, proqnozlar Xəzərdə hazırda enmə dövrünün yaşandığını göstərir.

 

Qeyd edək ki, 1995-ci ildə Xəzər dənizində suyun səviyyəsi ən yüksək həddə çatıb. Ən aşağı səviyyə isə 1977-ci ildə qeydə alınıb.

APA

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol