• $
  • €
  • ₽
  • ₺
  • £

Rossbax: Qeyri-formal yaşayış məskənləri humanitar və insan hüquqları məsələsidir

Rossbax: Qeyri-formal yaşayış məskənləri humanitar və insan hüquqları məsələsidir
20.05.2026 10:11

BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rossbax qeyri-formal yaşayış məskənləri probleminin təxirəsalınmaz humanitar və insan hüquqları məsələsi olduğunu açıqlayıb.

Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyinin icrasının ara mərhələdə nəzərdən keçirildiyi bir vaxtda dünya bu sahədə mövcud problemləri açıq şəkildə qəbul etməlidir.

Rossbax qeyd edib ki, qeyri-formal yaşayış məskənləri ilə bağlı ilk mühüm məsələ onların tanınması və düzgün məlumat bazasının formalaşdırılmasıdır.

Bu, Dayanıqlı İnkişaf Məqsədlərinin 11.1-ci hədəfinin monitorinqi üçün vacibdir.

“Qeyri-formal yaşayış məskənləri həm yerli, həm də milli səviyyədə -siyahıyaalma və statistika qurumları tərəfindən tanınmalıdır”, - o bildirib.

UN-Habitat rəhbəri vurğulayıb ki, bu ərazilərə yalnız problem kimi deyil, həm də imkan məkanları kimi baxmaq lazımdır.

Onun sözlərinə görə, Qlobal Cənubda insanlar şəhərlərə təhsil, səhiyyə, iş və digər imkanlara çıxış əldə etmək üçün gəlirlər və çox vaxt qeyri-formal yaşayış məskənlərində məskunlaşırlar.

Rossbaxın sözlərinə görə, torpağın sosial və ekoloji funksiyası nəzərə alınmalı, artıq formalaşmış yaşayış məskənləri yerləşdikləri ərazilərdə kompleks şəkildə həll olunmalıdır.

O, ikinci əsas istiqamət kimi inteqrasiyanı qeyd edib.

Rossbax bildirib ki, bu sahədə mənzil, xidmətlər, sosial infrastruktur, ictimai məkanlar, mədəniyyət və nəqliyyat sektorları birlikdə işləməlidir.

UN-Habitat rəhbəri həmçinin Asiya və Afrikanın bir çox ölkələrində qeyri-formal nəqliyyat sistemlərinin sonradan formal şəhər nəqliyyatı ilə əlaqələndirildiyini vurğulayıb.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol