• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gündən havalar sabitləşəcək

Bu gündən havalar sabitləşəcək
04.12.2013 17:39
 Dağlıq rayonlarda minimal temperatur 10-12 dərəcə şaxta təşkil edibAzərbaycan ərazisində hava şəraitinin qəfil pisləşməsinin səbəbi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş direktoru Umayra Tağıyevanın ANN.Az-a verdiyi məlumata görə, əvvəlcədən də gözlənildiyi kimi, dekabrın 3-də Rusiyadan hərəkət edən iki soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsi nəticəsində hava şəraiti qısa müddətə dəyişib: “Bir sıra rayonlarda şimal-qərb küləyi şiddətləndi, küləyin maksimal sürəti Mingəçevirdə 35 m/san, Tərtərdə 33 m/san, Zərdabda 32 m/san, Bərdə və Naftalanda 30 m/san, Ceyrançöldə və Göyçayda 28 m/san, Gəncədə 24 m/san, digər Kür vadisi rayonlarında 20-22 m/san təşkil edib. Abşeron yarımadasında külək 32 metrədək güclənib. Neft daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü  6,5 metrə çatıb.U. Tağıyeva deyib ki, ölkə ərazisində ən minimal temperatur dağlıq rayonlarda 10-12 dərəcə şaxta ilə qeydə alınıb. Naxçıvanda 4 dərəcə şaxta, Abşeron yarımadasında isə gecə saatlarında 2 dərəcə isti qeydə alınıb.Bu gündən hava şəraiti sabitləşəcək, yağıntılar kəsəcək. Dekabrın 5-də gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Yalnız bəzi cənub rayonlarında zəif yağıntı ehtimalı var.Paytaxtda cənub küləyinin üstünlüyü müşahidə olunacaq, küləyin sürəti saniyədə 15 metrə çatacaq. Havanın temperaturu ayın 5-də bu günlə müqayisədə 3-4 dərəcə yüksələcək, 8-13 dərəcə isti olacaq.Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu, yağmursuz keçsə də, havanın arabir tutulacağı proqnozlaşdırılır. Axşam saatlarında yarımadanın bəzi ərazilərində cüzi yağış ehtimalı var.Aran rayonlarında gündüz 7-12 dərəcə, gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gündüz 2-7 dərəcə isti, gecə 7-12 dərəcə, bəzi yerlərdə 15 dərəcə şaxta olacaq. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol