• $
  • €
  • ₽
  • ₺
  • £

Hər gün 2 min zibil maşını həcmində plastik tullantı su hövzələrinə atılır

Hər gün 2 min zibil maşını həcmində plastik tullantı su hövzələrinə atılır
20.05.2026 12:41

Plastik çirklənməsi ilə mübarizə və qlobal plastik sazişinin hazırlanması istiqamətində işlər hazırda beynəlxalq ekoloji gündəliyin əsas prioritetlərindən biri olaraq qalır. Bu barədə Dünya Şəhər Forumunda çıxış edən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) nümayəndəsi bildirib.

O qeyd edib ki, UNEP plastik çirklənməsi probleminin həlli istiqamətində geniş fəaliyyət həyata keçirir və təşkilat daxilində bu məsələ üzrə xüsusi komandalar fəaliyyət göstərir. Çıxış zamanı şəhərlərin həm problemin mərkəzi, həm də onun həllinin əsas hissəsi olduğu vurğulanıb.

Bildirilib ki, şəhərlər dünyada plastik tullantıların böyük hissəsini yaradır, eyni zamanda şəhərsalma, tullantı infrastrukturu və ictimai maarifləndirmə kimi mühüm idarəetmə alətləri vasitəsilə sistemli dəyişikliklərə təsir etmək imkanına malikdir.

Onun sözlərinə görə, hər gün dünyada təxminən 2 min zibil maşını həcmində plastik tullantı okeanlara, çaylara və göllərə atılır. Hər il isə 19–23 milyon ton plastik tullantı müxtəlif ekosistemlərə, o cümlədən dəniz və su hövzələrinə qarışır.

UNEP-in şəhərlərin qərar qəbul etməsinə mane olan məlumat boşluqlarını aradan qaldırmaq üçün müxtəlif beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etdiyi qeyd olunub. Təşkilatın World Wide Fund for Nature ilə birgə həyata keçirdiyi Qlobal Plastik Razılaşması platformasının hazırda 710 üzv və qurumu birləşdirdiyi bildirilib.

Eyni zamanda UNEP-in 18 ölkə ilə plastik çirklənməsinin mənbələrinin müəyyənləşdirilməsi və milli fəaliyyət planlarının hazırlanması istiqamətində əməkdaşlıq etdiyi vurğulanıb. Qeyd olunub ki, təşkilatın hazırladığı “Turning Off the Tap” hesabatı plastik çirklənməsinin 2040-cı ilə qədər 80 faiz azaldılmasının mümkün olduğunu göstərir.

Çıxış zamanı vurğulanıb ki, plastik çirklənməsi ilə mübarizə üçün həll yolları artıq mövcuddur və dairəvi iqtisadiyyat modeli həm əlçatan, həm də tətbiq edilə bilən yanaşma hesab olunur. Mövcud texnologiyalar və düzgün siyasət qərarları ilə ölkələrin və şirkətlərin bu istiqamətdə ciddi nəticələr əldə edə biləcəyi qeyd edilib.

Aytac

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol