• $
  • €
  • ₽
  • ₺
  • £

Rossbax: Gələcəyin şəhərləri yaşlanan əhalinin ehtiyaclarına uyğun planlaşdırılmalıdır

Rossbax: Gələcəyin şəhərləri yaşlanan əhalinin ehtiyaclarına uyğun planlaşdırılmalıdır
20.05.2026 13:46

Yaşlanan əhali gələcəyin şəhər planlaşdırılmasında əsas prioritetlərdən birinə çevrilməlidir. Bu fikri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Həyat boyu mənzil təminatı – bütün yaşlı insanlar üçün adekvat mənzil” mövzusunda dəyirmi masada Anaklaudia Rossbax səsləndirib.

UN-Habitat rəhbərinin sözlərinə görə, dünyanın bir çox ölkəsində demoqrafik dəyişikliklər şəhərlərin gələcək inkişafına yeni yanaşmalar tələb edir. O bildirib ki, bəzi ölkələrdə gənclərin böyük şəhərlərə üz tutması kiçik yaşayış məntəqələrinin boşalmasına səbəb olur.

 

“Yaponiyada və Avropanın bəzi ölkələrində, o cümlədən İspaniya və İtaliyada kiçik şəhərlər tədricən boşalır. Gənclər həmin ərazilərdə qalmaq istəmir. Nəticədə yaşlı insanlar təcrid vəziyyətində qalır, istifadəsiz evlər və boş yaşayış sahələri yaranır. Bir tərəfdən mənzil qıtlığı müşahidə olunur, digər tərəfdən isə boş evlərin sayı artır”, – deyə o qeyd edib.

 

Rossbax vurğulayıb ki, şəhər mühitinin planlaşdırılması zamanı insanların gündəlik həyat ehtiyacları diqqət mərkəzində saxlanılmalıdır. Onun fikrincə, şəhərlərdə ictimai məkanların əlçatanlığı, sosial əlaqələrin qurulması və xidmətlərə rahat çıxış yaşlı insanların həyat keyfiyyətinə birbaşa təsir göstərir.

O əlavə edib ki, bir sıra ölkələr artıq bu dəyişikliklərə uyğunlaşmağa çalışsa da, bu istiqamətdə hələ də ciddi çətinliklər qalmaqdadır.

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol