• $
  • €
  • ₽
  • ₺
  • £

Kanadada mənzil böhranının həlli üçün ildə 430–480 min yeni ev tikintisi tələb olunur

Kanadada mənzil böhranının həlli üçün ildə 430–480 min yeni ev tikintisi tələb olunur
20.05.2026 14:00

Kanadada mənzil böhranının aradan qaldırılması üçün hər il yüz minlərlə yeni yaşayış sahəsinin inşasına ehtiyac var. Bu barədə Kanada İpoteka və Mənzil Korporasiyası (CMHC) Lindi Nili Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası (WUF13) çərçivəsində “Əlçatan mənzil maliyyələşdirilməsi” mövzusunda təşkil olunan dəyirmi masada çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Kanadada mövcud mənzil çatışmazlığının aradan qaldırılması və əlçatanlığın bərpası üçün 2035-ci ilə qədər hər il 430 000–480 000 yeni mənzil tikilməlidir.

Vitse-prezident qeyd edib ki, ölkədə mövcud mənzil defisiti təxminən 1 trilyon ABŞ dolları həcmində qiymətləndirilir və bu boşluğun yalnız dövlət resursları ilə örtülməsi mümkün deyil.

“Bu səbəbdən mənzil sisteminin elə qurulması vacibdir ki, özəl sektor kapitalı müxtəlif əlçatanlıq səviyyələrində geniş miqyasda tikinti prosesinə cəlb oluna bilsin”, – deyə o bildirib.

 

Kanada İpoteka və Mənzil Korporasiyası (CMHC) nümayəndəsi əlavə edib ki, investisiyaların cəlbi üçün bazarda sabitlik və proqnozlaşdırıla bilən layihə icra mühiti vacibdir. Onun sözlərinə görə, icazə proseslərində gecikmələr, uzun tikinti müddətləri və yüksək rüsumlar layihələrin iqtisadi səmərəliliyinə ciddi təsir göstərir.

O qeyd edib ki, Kanadada ipoteka sığortası, qiymətli kağızlaşdırma proqramları və kirayə mənzil tikintisi üçün nəzərdə tutulan 55 milyard dollarlıq “Apartment Construction Loan Program” kimi geniş maliyyə alətləri tətbiq olunur.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol