Sabah paytaxtın bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının bir hissəsində qaz olmayacaq.Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Xətai, N.Məmmədov, M. Hüseyn və M. Əzizbəyov küçələrinin, Mərdəkan qəsəbəsinin Qala şosesinin, Sabunçu rayonunun Zabrat qəsəbəsinin, B. Şəkinskaya, Oktyabr, S. Cəfərov, N. Zeynalova və M. Hüseynzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























