• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 270 min hektardan çox ərazi minalardan təmizlənib

Azərbaycanda 270 min hektardan çox ərazi minalardan təmizlənib
22.05.2026 10:07

2020-ci ilin noyabrından bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 270 mindən çox hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib, 250 mindən artıq mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bunu WUF13 çərçivəsində keçirilən “Münaqişədən Sonrakı Şəhər Yenidənqurması: Humanitar Mina Təmizləmə Fəaliyyətinin Həlledici Rolu” adlı tədbirdə ANAMA sədri Vüqar Süleymanov məlumat verib.

O bildirib ki, minatəmizləmə fəaliyyəti yalnız insan həyatının qorunmasına yönəlmiş humanitar tədbir deyil, eyni zamanda yenidənqurma və bərpa proseslərinin əsas dayaqlarından biridir. Onun sözlərinə görə, yaşayış məntəqələrinin yenidən qurulması, infrastruktur layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, nəqliyyat şəbəkələrinin genişləndirilməsi və iqtisadi fəallığın artırılması üçün ilk növbədə təhlükəsiz mühit formalaşdırılmalıdır.

ANAMA sədri vurğulayıb ki, mina təhlükəsi yalnız Azərbaycana xas problem deyil və dünyanın müxtəlif bölgələrində münaqişədən sonrakı bərpa proseslərinə ciddi maneələr yaradır. O bildirib ki, bu təhlükə inkişaf imkanlarını məhdudlaşdırır, əhalinin təhlükəsizliyini risk altında saxlayır və beynəlxalq əməkdaşlığın vacibliyini artırır.


Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol