• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda WUF13 başa çatır: forum şəhərlərin gələcəyi üçün yeni gündəlik formalaşdırdı - Fotolar

Bakıda WUF13 başa çatır: forum şəhərlərin gələcəyi üçün yeni gündəlik formalaşdırdı - Fotolar
22.05.2026 15:09

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu - WUF13 bu gün bağlanış mərasimi ilə işini yekunlaşdırır.

Bir neçə gün ərzində Azərbaycan paytaxtı qlobal şəhərsalma gündəliyinin əsas müzakirə platformasına çevrildi.

Forum çərçivəsində ümumilikdə 53,5 min iştirakçı qeydə alınıb. Onların təxminən 50 mini tədbirlərə əyani, 3 mindən çoxu isə onlayn formatda qoşulub.

WUF13 müddətində 400-dən çox əsas tədbir təşkil edilib. 125 ölkədən 400-ə yaxın məruzəçi müxtəlif panel, sessiya və müzakirələrdə çıxış edərək urbanizasiya, mənzil təminatı, iqlim dəyişikliyi, dayanıqlı inkişaf və şəhərlərin gələcəyi ilə bağlı çağırışları müzakirə edib.

Forumun əsas yeniliklərindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən Liderlər Bəyanatı sessiyası olub.

Sessiyada 27 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilat rəhbərləri iştirak edərək qlobal şəhər gündəliyinə siyasi dəstək nümayiş etdiriblər.

Bağlanış mərasimində WUF13-ün nəticələri, əsas mesajları və gələcək şəhərsalma gündəliyinə dair tövsiyələr təqdim olunur. Bakı forumu urbanizasiya problemlərinin yalnız texniki deyil, həm də sosial, iqtisadi və siyasi yanaşma tələb etdiyini bir daha gündəmə gətirdi.


Aytac Zeynalova

 

 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol