Anar Əsədliyə hökm oxunub

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədli külli miqdarda dələduzluqda təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Qafqazinfo məlumat yayıb.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Anar Əsədliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə – külli miqdarda zərər vurmaqla dələduzluq ittihamı irəli sürülmüşdü.
Məhkəmə araşdırması dövründə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























