• $
  • €
  • ₽
  • ₺
  • £

Laçında növbəti əmək yarmarkası keçirilib

Laçında növbəti əmək yarmarkası keçirilib
22.05.2026 20:18

Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb.

Məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə indiyədək işəgötürənlərlə əməkdaşlıq çərçivəsində 36 əmək yarmarkası təşkil olunub.

Yarmarkada 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və digər ixtisaslar üzrə ümumilikdə 90-a yaxın vakansiya təqdim edilib.

Tədbirdə iştirak edən işsiz və işaxtaran şəxslərə vakansiyalar barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin, vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları və layihələri barədə məlumat təqdim olunub.

Nazirlik bildirib ki, Qarabağ Peşə Hazırlığı Mərkəzi də tədbirdə stendlə təmsil olunub, iştirakçılara mərkəzin fəaliyyəti, kurslar və müraciət qaydaları barədə məlumat verilib. 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol