• $
  • €
  • ₽
  • ₺
  • £

Ümumi təhsil sistemindəki islahatların prioritetləri açıqlanacaq

Ümumi təhsil sistemindəki islahatların prioritetləri açıqlanacaq
04.12.2013 14:30
“Valideynlər hər zaman şagirdlərin tədris prosesi zamanı həddən artıq yükləndiyini deyirlər. Müəyyən mənada hesab edirəm ki, bu belədir. Bu istiqamətdə bir sıra islahatların həyata keçirilməsi nəzərdə tutulub”.APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşdə deyib. Nazir bildirib ki, hər il təhsilin müxtəlif təhsil pillələrində qarşıda duran prioritetlərin cəmiyyətə açıqlanması qərara alınıb. Bunun üçün bir neçə məqsədin olduğunu deyən M.Cabbarovun sözlərinə görə, məqsədlərin çoxluğu onların səmərəliliyinə və əldə olunmasına kömək edən faktor deyil: “Biz həqiqətən istəyirik ki, bir ildə 30 istiqamət üzrə islahat getsin. Ancaq reallıq ondan ibarətdir ki, bir ildə 30 istiqamət üzrə faydalı islahat həyata keçirmək mümkün deyil. Bu baxımdan Azərbaycanda ümumi təhsil sisteminə aid olan islahatların prioritetləri növbəti həftələrdə açıqlanacaq. Bu proses təhsilin bütün pillələrini əhatə edəcək”. M. Cabbarov qeyd edib ki, nazirlik məktəblərin idarə edilməsində valideynlərin rolunun artırılmasını mühüm hədəf kimi görülür. Onun sözlərinə görə, bu yalnız təhsil sistemində valideynlərin iştirakına olan ehtiyacdan irəli gəlmir: “Digər faktor ondan ibarətdir ki, hələ də cəmiyyətdə valideynlər tərəfindən iki məsələ reallıqdan fərqli şəkildə görünür. Təhsil sistemində olan real və obyektiv problemlərlə bağlı valideynləri maarifləndirmə sahəsində müəyyən problemlər var. Valideynlərin təhsil sistemində daha fəal iştirakını təmin etməklə bu çatışmazlığı aradan qaldırmaq niyyətindəyik”. Nazir vurğulayıb ki, bu gün ali məktəblərdə təhsilin idarə edilməsi fakültəsi yoxdur: “Bu o deməkdir ki, biz təhsilin idarə edilməsini ayrıca bilik və bacarıqlar tələb edən peşə kimi tanımırıq. “Hər bir müəllim idarəedici ola bilərmi” sualı səslənə bilər. Bu gün Azərbaycanda 4500 orta məktəb var. Başqa sözlə, bu gün orta sistemində 4500 təhsil menecerinə ehtiyacımız var”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol