• $
  • €
  • ₽
  • ₺
  • £

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə və piyadalara çağırış edib

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə və piyadalara çağırış edib
24.05.2026 18:40

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib.

İdarədən verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, mayın 25-26-da Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində fasilələrlə intensiv yağış, güclü külək və şimşək müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi və dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.

Qurum bildirib ki, əlverişsiz hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə mənfi təsir göstərərək qəza riskini artırır. Bu səbəbdən sürücülərə hərəkət sürətini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və əsassız ötmələrdən çəkinmək tövsiyə olunub.

Müraciətdə qeyd edilib ki, görünmə məsafəsinin məhdudlaşdığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, uzaq işıqlar qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmayacaq şəkildə tənzimlənməlidir.

Piyadalara isə yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmək və məhdud görünmə şəraitində daha ehtiyatlı davranmaq çağırışı edilib.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə küləkli hava şəraitində moped, motosiklet və skuter sürücülərinin daha diqqətli olmasının vacibliyini vurğulayıb. Bildirilib ki, güclü külək bu nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirərək aşma riskini artırır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol