• $
  • €
  • ₽
  • ₺
  • £

FHN əhaliyə xəbərdarlıq etdi

FHN əhaliyə xəbərdarlıq etdi
24.05.2026 23:00

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ölkənin bəzi bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

Nazirliyin yaydığı məlumata görə, hazırda ayrı-ayrı rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur, bəzi dağ çaylarından sel keçir. Yaxın günlərdə yağışlı və küləkli havanın davam edəcəyi proqnozlaşdırılır.

FHN vətəndaşlara sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə hallarla qarşılaşdıqda isə dərhal yüksək ərazilərə keçməyi tövsiyə edib.

Nazirlik həmçinin ildırım təhlükəsi ilə bağlı xəbərdarlıq edərək bildirib ki, ildırım zamanı elektrik cihazları şəbəkədən ayrılmalı, telefonla danışılmamalı, açıq ərazilərdə elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanılmamalıdır. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırıb təhlükənin keçməsini gözləmək tövsiyə olunub.

Məlumatda qeyd olunub ki, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən uzaq durmaq lazımdır.

FHN əlavə edib ki, küləkli hava yanğınların söndürülməsini çətinləşdirə biləcəyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olunduğu xatırladılıb.

Nazirlik vətəndaşları təhlükə yaranacağı təqdirdə 112 qaynar xəttinə müraciət etməyə çağırıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol