• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: “Azərbaycanda heç vaxt sosial partlayış ola bilməz”

Siyavuş Novruzov: “Azərbaycanda heç vaxt sosial partlayış ola bilməz”
04.12.2013 14:12

Yeni Azərbaycan Partiyası Tarif Şurası tərəfindən qiymətlərin artırılmasını tənzimləmə kimi qiymətləndirir.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov açıqlamasında qərarla rabitə tariflərinin xeyli aşağı salındığını da xatırladıb: “Azərbaycan vətəndaşları ən çox rabitə sistemindən istifadə edir ki, onların da qiyməti aşağı salınıb. Yanacağın qiyməti ilə bağlı olanlar isə sırf tənzimləmə məsələsidir. Buna baxmayaraq, sərnişin daşımalarında və digər nəqliyyat sistemində də qiymətlər artmayacaq. Yəni Tarif Şurasının bu qərarının vətəndaşa, insanlara heç bir ciddi təsiri olmayacaq”.

 

YAP nümayəndəsi qeyd edib ki, bazarlarda baş verə biləcək süni qiymət artımı dövlətin ayrı-ayrı strukturları tərəfindən nəzarətdədir: “Büdcənin müzakirəsində də bildirildi ki, bu qiymət artımı müəyyən standartlara uyğunlaşdırılmalıdır. Çünki bizi əhatə edən dövlətlər, qurumlar var. Əgər biz öz bazarımızı qorumasaq, bizdə olan məhsullar tamamilə başqa yerlərə başqa qiymətlərlə daşınmağa başlanacaq”.

 

S. Novruzovun sözlərinə görə, əhalinin gəlirləri də dövlətin diqqət mərkəzindədir: “Prezidentin sərəncamları ilə mütəmadi olaraq müxtəlif peşə sahiblərinin əmək haqları artırılır”.

 

S. Novruzov sosial şəbəkələrdə qiymət artımı ilə bağlı şəhərin mərkəzində aksiyanın keçirilməsi, sosial narazılıqların ifadə olunması ilə bağlı çağırışlara da toxunub: “Azərbaycanda heç vaxt sosial partlayış, sosial narazılıq ola bilməz. Çünki Azərbaycan dövlət büdcəsi sosial yönümlüdür”.

APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol